Xəzər Xəbər

42 yaşlı Buffon daha bir il “Yuventus”da

İdman | 12:07 • 2 İyun 2020
42 yaşlı Buffon daha bir il “Yuventus”da

"Yuventus”un qapıçısı Canluici Buffon klubla yeni müqaviləni razılaşdırıb.

Bu barədə "La Stampa” məlumat yayıb.

42 yaşlı qapıçının klubla daha bir mövsüm üçün müqavilə imzalayacağı bildirilir.

Xatırladaq ki, qapıçı 2001-ci ildən "Yuventus”un şərəfini qoruyur.

Bu illər ərzində canlı əfsanə yalnız 2018/2019-cu illər mövsümünü PSJ-də keçirib.

Xəbər lenti