Xəzər Xəbər

Premyer Liqanın başlayacağı tarix açıqlandı

İdman | 19:57 • 28 May 2020
Premyer Liqanın başlayacağı tarix açıqlandı

İngiltərə Premyer Liqasının bərpa ediləcəyi tarix açıqlanıb.

Bu barədə Britaniyanın nüfuzlu "The Telegraph" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Premyer Liqa iyun ayının 17-də start götürəcək. Həmin gün iki qarşılaşma keçiriləcək. İlk oyunda "Şeffild Yunayted" "Arsenal"ı qəbul edəcək.

İkinci oyunda isə "Mançester Siti" "Aston Villa" ilə qarşılaşacaq.

Qeyd edək ki, İngiltərədə bütün idman yarışları koronavirus pandemiyası səbəbindən mart ayında təxirə salınmışdı.

Xəbər lenti