Xəzər Xəbər

Tarix də açıqlandı: İyunun 3-də…

İdman | 10:16 • 23 May 2020
Tarix də açıqlandı:

Futbol üzrə Portuqaliya çempionatında mövsüm iyunun 3-də davam etdiriləcək.

XəzərXəbər-in xəbərinə görə, bu barədə yarışın rəsmi saytı bildirib.

Yarışın təşkilatçıları artıq Primeyranın 33-cü tura qədər oyunlarının yarış cədvəlini də yayımlayıblar.

İyunun 3-də keçiriləcək 25-ci turda "Portimonensi” "Jil Visente” ilə, "Famalikan” "Limana” ilə qarşılaşacaq. İyunun 4-də "Maritimu” "Vitoriya Setubal”u, "Benfika” "Tondela”nı sınağa çəkəcək.

Həmin gün həmçinin "Vitoriya Qimaraynş” "Sportinq”lə üz-üzə gələcək.

Cümə günü, iyunun 5-də "Santa-Klara” "Braqa” qarşılaşması baş tutacaq. Elə həmin gün "Aveş” "Belenenseş”lə gücünü yoxlayacaq. İyunun 6-da, şənbə günü "Boavişta” – "Moreyrensi” "duel”i baş tutacaq.

İyunun 7-də, bazar günü "Riu Ave” ilə "Paşsu di Ferreyra” kimin daha güclü olmasını ayırd edəcəklər.

Portuqaliya çempionatında mövsüm martın ortalarında koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Hazırda Primeyra cədvəlinə "Portu” başçılıq edir.Report

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti