Xəzər Xəbər

Çində keçiriləcək atletika üzrə dünya çempionatı təxirə salınıb

İdman | 17:09 • 30 Yanvar 2020
Çində keçiriləcək atletika üzrə dünya çempionatı təxirə salınıb

Çinin Nancinq şəhərində keçirilməsi nəzərdə tutulan atletika üzrə qapalı məkanda dünya çempionatı koronavirusla əlaqədar təxirə salınıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə qərar Dünya Atletikası tərəfindən qəbul olunub. Çempionatın 2021-ci ilin martında təşkili nəzərdə tutulub.


Koronavirusla əlaqədar aprelədək Çində bütün idman tədbirləri ləğv olunub. Ölkədə bu epidemiyaya yoluxan 6 minədək insandan 130-u ölüb.


Mundialda Azərbaycan atletlərindən Nazim Babayev və Aleksis Kopello da iştirak edəcəklər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti