Xəzər Xəbər

Suares "Barselona" ilə müqavilənin müddətini uzatmağa hazırdır

İdman | 13:52 • 1 Yanvar 2020
Suares "Barselona" ilə müqavilənin müddətini uzatmağa hazırdır

İspaniyanın "Barselona" futbol klubunun uruqvaylı hücumçusu Luis Suares klub ilə müqavilənin müddətini uzatmağa hazır olduğunu bildirib.


L.Suares bildirib: "Mən klubda çox xoşbəxtəm. Həmişə əlimdən gələni edirəm. Statistika, rəqəmlər bunu göstərir, düşünürəm ki, mən hələ oyunumun zirvəsindəyəm. Danışıqlar zamanı gələndə, biz razılığa gələcəyik".


Qeyd edək ki, uruqvaylı futbolçunun hazırkı müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.


Cari mövsümüdə 16 oyun keçirən L.Suares 10 dəfə fərqlənə bilib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti