Xəzər Xəbər

İtaliya A Seriyası: “Yuventus” bu mövsüm ilk dəfə məğlub olub

İdman | 09:24 • 8 Dekabr 2019
İtaliya A Seriyası: “Yuventus” bu mövsüm ilk dəfə məğlub olub

Dekabrın 7-də İtaliya A Seriyasının 15-ci turunun oyunlarına start verilib.

Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Stadio Olimpiko” stadionunda keçirilib. "Latsio” son çempion "Yuventus”u qəbul edib.

Görüşdə hesabı qonaqlar 25-ci dəqiqədə Kriştiano Ronaldo ilə açsalar da, meydan sahibləri ardıcıl üç qol vuraraq vacib üç xal qazanıb. "Latsio”nun heyətində Luiz Felipe (45), Milinkoviç Saviç (74) və Felipe Kaisedo (90) fərqləniblər.

Bu, "Yuventus”un cari mövsüm ilk məğlubiyyətidir. Turinlilər 36 xalla ikinci, "Latsio” isə 33 xalla üçüncü yerdə qərarlaşıblar.

Xəbər lenti