Xəzər Xəbər

Dünyanın ən bahalı futbolçusu - Messini geridə qoydu

İdman | 16:52 • 29 Noyabr 2019
Dünyanın ən bahalı futbolçusu - Messini geridə qoydu

Xəbər verdiyimiz kimi, "Real" Federiko Valverde ilə yeni müqavilə imzalayıb. "Kral Klubu" 21 yaşlı futbolçu ilə 2025-ci ilədək müqavilə bağlayıb.


"Real" uruqvaylı ulduzun transfer qiymətini 750 milyon avro müəyyənləşdirib. Bu dəyərlə o, dünyanın ən bahalı futbolçusu olub. Bundan əvvəl ən çox sərbəst qalma qiyməti qoyulan futbolçu Lionel Messi idi. "Barselona" argentinalı ulduza 640 milyon avro qiymət qoyub.


Qeyd edək ki, "Real" Valverdeni 2016-cı ildə "Penarol"dan 5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. Gənc futbolçu cari mövsümdə meydana çıxdığı 12 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti