Xəzər Xəbər

Türkiyə klubu 3 futbolçusunu heyətdən kənarlaşdırdı

İdman | 21:30 • 26 Noyabr 2019
Türkiyə klubu 3 futbolçusunu heyətdən kənarlaşdırdı

Türkiyənin "Kayserispor” klubunun rəhbərliyi uğursuz çıxışa görə 3 futbolçunu heyətdən kənarlaşdırıb.

Klubun mətbuat xidmətinin rəhbəri Mustafa Tokgöz yerli mediaya açıqlamasında son turda "Sivasspor”a 1:4 hesablı ev məğlubiyyətindən sonra radikal qərarlar verdiklərini bəyan edib:

"Kayserispor” çox çətin bir mövsüm keçirir. Cari mövsümdə artıq 3 prezident, 3 baş məşqçi dəyişdirmişik. Komandaya gəlincə, Pol-Corc Ntep, Adrian Tavares və Bilal Başaçıkoğlu əsas komandadan uzaqlaşdırıldı. "Sivasspor”la oyundan sonra azarkeşlərlə dalaşan maçından Bilala pul cəriməsi də kəsiləcək. Üstəlik, baş məşqçi Bülent Uyğundan icazə alıb, digər futbolçularla da tək-tək söhbətlər aparacağıq”.

Qeyd edək ki, "Kayserispor” Super Liqada 12 oyuna topladığı 7 xalla sonuncu pillədə qərarlaşıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti