Xəzər Xəbər

İspaniya La Liqasının 13-cü turuna start verilib - NƏTİCƏLƏR

İdman | 09:01 • 24 Noyabr 2019
İspaniya La Liqasının 13-cü turuna start verilib -

Noyabrın 23-də futbol üzrə İspaniya La Liqasının 13-cü turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun açılış görüşündə sonuncu çempion "Barselona” səfərdə "Leqanes” komandasının qonağı olub. Görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


"Real Madrid” isə öz meydanında cari mövsüm inamlı oyunu ilə diqqət çəkən "Real Sosyedad”ı qəbul edib. Qarşılaşma 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.


Bu qələbədən sonra hər iki əzəli rəqib 28 xalla birinci və ikinci yerləri bölüşürlər. Komandalar dekabrın 18-də cari mövsümdə birinci "El Klassiko”da üz-üzə gələcəklər.


Turun ilk oyun günündə "Levante” öz meydanında "Malyorka”nı 2:1, "Real Betis” isə "Valensiya”nı eyni hesabla məğlub edib. "Qranada” - "Atletiko Madrid” oyununda isə heç-heçə qeydə alınıb - 1:1.


Turun digər görüşləri noyabrın 24-də və 25-də oynanılacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar