Xəzər Xəbər

Xərçəng xəstəliyinə iki dəfə qalib gələn boksçu rinqdə vəfat edib

İdman | 09:43 • 10 Noyabr 2019
Xərçəng xəstəliyinə iki dəfə qalib gələn boksçu rinqdə vəfat edib

Avstraliyalı boksçu Duayt Riçi məşq zamanı aldığı zərbədən dünyasını dəyişib.


Xezerxeber.az-ın "gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə BoxingScene məlumat yayıb.


Nəşrin məlumatına görə, idmançı həmyerlisi Maykl Zerefa ilə birlikdə məşq edərkən özünü pis hiss edir və bir anlıq dayanmağı xahiş edir. Bu zaman o, huşunu itirir. Həkimlər 27 yaşlı idmançının həyatını xilas edə bilmirlər.


Uşaqlıq illərində Riçiyə iki dəfə xərçəng diaqnozu qoyulsa da, hər iki halda xəstəliklə mübarizədən qalib ayrılmışdı.

Xəbər lenti