Xəzər Xəbər

Ronaldonun anasından sensassion açıqlama

İdman | 16:15 • 2 Noyabr 2019
Ronaldonun anasından sensassion açıqlama

Kriştiano Ronaldonun anası Dolereş Aveyru maraqlı açıqlama verib.


Portuqaliyalı ulduzun anası futbol mafiyasının oğlunun daha çox "Qızıl top” qazanmasına mane olduğunu bidirib.


Dolereş Aveyrunun deyib ki, futbol mafiyası olmasaydı, Ronaldonun "Qızıl top”u daha çox olardı: "Əgər Ronaldo ingilis və ya ispan olsaydı, ona belə münasibət göstərilməzdi. Bütün bunlar ona görə baş verir ki, oğlum portuqaliyalıdı. Bilmirəm, Kriştiano bu il də "Qızıl top”u qazana biləcəkmi. Amma buna inanıram”.


Xatırladaq ki, Ronaldo 5 dəfə "Qızıl top”a sahib olub.


Fanat.Az

Xəbər lenti