Xəzər Xəbər

FİFA ilin ən yaxşı qoluna namizəd 10 futbolçunu müəyyənləşdirib

İdman | 19:14 • 19 Avqust 2019
FİFA ilin ən yaxşı qoluna namizəd 10 futbolçunu müəyyənləşdirib

FİFA ilin ən yaxşı qoluna namizədlərin siyahısını açıqlayıb.


Xezerxeber.az-ın məlumatına görə, Ferens Puşkaş adına mükafata 10 iddiaçı müəyyənləşib.


Bunlardan 7-si kişi futbolçuların hesabındadır. Daniel Jori (Debretsen), Lionel Messi (Barselona), Zlatan İbrahimoviç (Los-Anceles Qalaksi), Endryus Taunsend (Kristal Pelas), Fabio Kvalyarella (Sampdoriya), Xuan Kintero (River Pleyt) və Mateus Kunya (Leypsiq) ilə yanaşı, üç qadın futbolçu da namizədlər sırasındadır. Bunlar Adjara Nçut (Kamerun), Emi Rodriqes (Yuta Royals) və Billi Simpsondur (Kliftonvill).


Qeyd edək ki, seçim zamanı 2018-ci il iyulun 16-dan 2019-cu il iyulun 19-dək olan müddətdə vurulan qollar nəzərə alınıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti