Xəzər Xəbər

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

İdman | 21:56 • 15 Avqust 2019
UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.


Xezerxeber.az xəbər verir ki, mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi ("Barselona”, İspaniya), hollandiyalı Virjil van Deyk ("Liverpul”, İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldo ("Yuventus”, İtaliya) iddialıdır.


Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın "Lion” komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.


Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç ("Real Madrid”, İspaniya) və danimarkalı Pernille Harder ("Volfsburq”, Almaniya) layiq görülüblər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar