Xəzər Xəbər

Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular açıqlandı - SİYAHI

İdman | 14:16 • 7 Avqust 2019
Avropanın klub turnirlərində

UEFA Avropanın klub turnirlərinin tarixində 50-dən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

XəzərXəbər UEFA-nın saytına istinadla xəbər verir ki, siyahıya aktivində 129 qol olan portuqaliyalı Kriştiano Ronaldo ("Yuventus”) başçılıq edir. "Barselona”nın argentinalı hücumçusu Lionel Messi 115 qolla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü ispaniyalı sabiq futbolçu Raul Qonzales (77) tamamlayır.

Ümumiyyətlə, Avropanın klub turnirlərinin tarixində 18 futbolçu 50-dən çox qol vurub. Siyahıda yer alan digər futbolçular aşağıdakılardır: Filippo İnzaqi (70), Andrey Şevçenko (67), Ruud van Nistelrooy (62), Gerd Müller (62), Kərim Benzema (61), Robert Levandovski (60), Tyeri Anri (59), Henrik Larsson (59), Sergio Agüero (58), Zlatan İbrahimoviç (56), Eysebio (56), Klaas-Yan Huntelaar (55), Alessandro Del Pyero (54), Didye Droqba (50), Alfredo di Stefano (50).

Qeyd edək ki, UEFA Avropa Liqasında ən məhsuldar futbolçuların siyahısında liderlik Radamel Falkaoya (30) məxsusdur. Sonrakı yerlərdə Aritz Aduriz (26), Oskar Kardozo (20), Kevin Qameiro (19) və Cüzeppe Rossi (17) qərarlaşıblar.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti