Xəzər Xəbər

Ronaldo birlikdə oynamaq istədiyi futbolçunun adını açıqladı

İdman | 13:44 • 5 Avqust 2019
Ronaldo birlikdə oynamaq istədiyi futbolçunun adını açıqladı

"Yuventus”un portuqal ulduzu Kriştiano Ronaldo birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

34 yaşlı hücumçu "Soccer.com” "Youtube” kanalına müsahibəsində mərhum həmyerlisi Eysebionu fərqləndirib: "Fikrimdə çox sayda oyunçu var. Ancaq bir neçə il öncə vəfat edən həmyerlimin adını çəkəcəyəm. Bu, Eysebiodur. O, Portuqaliyanın simvollarından sayılır. Onunla oynamaq istərdim. Birincisi, portuqaliyalıdır, ikincisi isə çox yaxşı insan idi”.

Ronaldu deyib ki, futbolçu olmasaydı aktyorluq və ya modelliyi seçərdi.

Qeyd edək ki, Eysebio 1965-ci ildə "Qızıl top” mükafatına layiq görülüb. O, 5 yanvar 2014-cü ildə 71 yaşında vəfat edib. (report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar