Xəzər Xəbər

Mixael Şumaxerin səhhətində irəliləyiş var

İdman | 14:26 • 31 İyul 2019
Mixael Şumaxerin səhhətində irəliləyiş var

"Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində irəliləyiş var.

"Report” xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt "Daily Mail”a bildirib. O, 50 yaşlı veteran pilotla birgə "Formula 1” yarışı izlədiyini söyləyib: "Bu cür bəyanatlarda hər zaman çox ehtiyatlıyam. Ancaq bu doğrudur, Şumaxerlə birgə onun İsveçrədəki evində yarışa baxdıq. Mixael etibarlı əllərdədir. O, təslim olmur və mübarizəsini davam etdirir. Şumaxerin bərpə prosesində irəliləyiş var”.

Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti