Xəzər Xəbər

"Lion" Fekirin alternativini "Ayaks"da tapdı

İdman | 15:43 • 29 İyul 2019
"Lion" Fekirin alternativini "Ayaks"da tapdı

Nabil Fekiri 25 milyon avroya "Real Betis"ə satan "Lion" boşluğu doldurmaq üçün axtarışdadır.

XəzərXəbər "L'Equipe"ə istinadən xəbər verir ki, "şirlər" "Ayaks"ın hücumameyilli yarımmüdafiəçisi Hakim Zieşi transfer etmək istəyir. "Lion"un tezliklə danışıqlara başlayacağı gözlənilir.

Daha öncə Mərakeş yığmasının üzvü "Sevilya"ya transfer olmaqdan imtina etmişdi.

"Ayaks"dan yalnız doğru yer üçün ayrılacam. "Sevilya" məsələsi ilə maraqlanmıram. Ora mənim üçün doğru addım deyil", - deyə Zieş bildirmişdi.

"Ayaks" 26 yaşlı futbolçunun transferi üçün minimum 30 milyon avro təzminat tələb edir.

Zieş ötən mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti