Xəzər Xəbər

Roberto Bordin: Rəqibə qarşı bütün imkanlardan istifadə edəcəyik

İdman | 10:15 • 25 İyul 2019
Roberto Bordin: Rəqibə qarşı bütün imkanlardan istifadə edəcəyik

Rəqibimiz çox güclüdür. "Arsenal” hazırda texniki və fiziki cəhətdən yüksək səviyyədədir. Klubun Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Düşünürəm ki, maraqlı qarşılaşma olacaq.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının II təsnifat mərhələsinin 2019-2020-ci il mövsümünün ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.


İtaliyalı mütəxəssis bildirib ki, rəqib çox güclüdür və əla formadadır. "Qapını toxunulmaz saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Qarşılaşmaya hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. "Arsenal” ilk dəfədir avrokubokda çıxış edir, matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Biz də öz meydanımızda üstün durumda olacağıq. Qarşılaşma ilə bağlı öncədən fikir bildirmək çətindir. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Hava şəraitinin yağışlı olması ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox”.


Qeyd edək ki, "Arsenal” – "Neftçi” qarşılaşması iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti