Xəzər Xəbər

Daha bir güləşçimiz qızıl medal qazandı

İdman | 17:00 • 22 İyul 2019
Daha bir güləşçimiz qızıl medal qazandı

İyulun 22-də Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) bu mötəbər turnirdə ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdırıb.


Xezerxeber.az xəbər verir ki, təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni 6:0 hesabı ilə məğlub edib.


Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə Belarus təmsilçisi Maksim Stupakeviç türkiyəli Emin Çelikə, almaniyalı Noah Englix isə moldovalı Andrey Vitana qalib gəliblər.


Xatırladaq ki, Q.Qurbanov ilk qarşılaşmada Polşadan olan rəqibi Kaçper Karaskieviçi tam üstünlüklə məğlub edib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti