Xəzər Xəbər

Paulo Fonseka “Roma” klubunun baş məşqçisi vəzifəsinə təyin edilib

İdman | 19:47 • 11 İyun 2019
Paulo Fonseka “Roma” klubunun baş məşqçisi vəzifəsinə təyin edilib

İtaliyanın "Roma” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.


Xezerxeber.az klubun saytına istinadən xəbər verir ki, Roma təmsilçisinin sabiq çalışdırıcısı Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra bu vəzifəyə Ukraynanın "Şaxtyor” komandasının baş məşqçisi 46 yaşlı Paulo Fonseka təyin edilib. İtaliya klubunun rəhbərliyi mozambikli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. P.Fonsekanın yeni klubunda illik məvacibi 2,5 milyon avro olacaq.


"Roma”nın Donetsk təmsilçisinə isə 2 milyon avro təzminat ödəyəcəyi bildirilib.


P.Fonseka 2016-cı ildən indiyədək "Şaxtyor”u çalışdırıb. Donetsk klubu bu müddətdə üç dəfə Ukrayna çempionatının və ölkə kubokunun qalibi olub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti