Xəzər Xəbər

"Ronaldo məni "Yuventus"a dəvət etdi"

İdman | 14:33 • 10 İyun 2019
"Ronaldo məni "Yuventus"a dəvət etdi"

"Kriştiano Ronaldo məni "Yuventus"a dəvət etdi"


Bu sözləri "Ayaks"ın kapitanı Mattis de Liqt deyib.


Gənc müdafiəçi bildirib ki, UEFA Millətlər Liqasının Portuqaliya - Hollandiya (1:0) finalından sonra Ronaldo yaxınlaşaraq ondan "Yuventus"a keçib-keçməyəcəyini soruşub: "Onun sözlərindən şok oldum. Çünki məğlub olmuşduq, məyus durumda idim. Ronaldoya heç bir cavab vermədim, sadəcə gülümsədim. Bir qədər istirahətə ehtiyacım var. Ondan sonra seçimimi edəcəm".


Qeyd edək ki, de Liqti "Barselona" və PSJ də istəyir.


Fanat.Az

Xəbər lenti