Xəzər Xəbər

“Qarabağ” Miçellə yeni müqavilə imzalayıb

İdman | 18:52 • 7 İyun 2019
“Qarabağ” Miçellə yeni müqavilə imzalayıb

Ağdamın "Qarabağ” klubu futbolçusu Miçellə yeni müqavilə imzalayıb.


Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam təmsilçisinin formasını geyinəcək.


Miçel geridə qalan mövsümdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


2015-ci ildən "Qarabağ”da çıxış edən Miçel 144 oyunda 29 qol vurub. Futbolçu 4 dəfə Topaz Premyer Liqası, 2 dəfə isə Azərbaycan kubokunun qalibi olub.


Qeyd edək ki, "Qarabağ” bir müddət əvvəl Qara Qarayevlə də müqaviləsini yeniləmişdi.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti