Xəzər Xəbər

Andre Silva "Sevilya" ilə vidalaşdı

İdman | 15:29 • 22 May 2019
Andre Silva "Sevilya" ilə vidalaşdı

"Sevilya”da icarə əsasında top qovan "Milan”ın forvardı Andre Silva İspaniya təmsilçisi ilə vidalaşıb.

Bunu portuqaliyalı hücumçu özü deyib.

O, sosial şəbəkə hesabı vasitəsilə "Sevilya" ilə vidalaşıb: "Daha bir mövsüm başa çatır. "Sevilya”ya inanılmaz qəbula görə təşəkkürümü bildirirəm. Bu şəhər və komanda mənim çox xoşuma gəldi”.

"Sevilya" Portuqaliya millisinin üzvünü ötən ilin yayında 5 milyon avroya icarəyə götürmüşdü. İspaniya təmsilçisi onu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olsa da, bundan yararlanmayıb.

Qeyd edək ki, Andre Silva "Milan"a 2017-ci ilin yayında 38 milyon avro qarşılığında "Portu"dan keçib.

Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti