Xəzər Xəbər

İspaniya La Liqasının 2018-2019-ci il mövsümü başa çatıb

İdman | 09:10 • 20 May 2019
İspaniya La Liqasının 2018-2019-ci il mövsümü başa çatıb

Mayın 19-da İspaniya La Liqasının sonuncu - 37-ci turunun axırıncı görüşü keçirilib.


Xezerxeber.az xəbər verir ki, çempionluğunu vaxtından əvvəl təmin etmiş "Barselona” səfərdə "Eybar”ın qonağı olub.


Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.


Qonaqların heyətində Lionel Messi (31, 32), meydan sahiblərindən isə Mark Kukurela (20) və Pablo de Blasis (45) fərqləniblər.


"Barselona” 87 xalla çempionatın qızıl medalını qazanıb. Çempionatın gümüş medallarına 76 xal toplayan "Atletiko Madrid” komandası sahib olub. "Real Madrid” komandası 68 xalla üçüncü, "Valensiya” isə 61 xalla dördüncü olub. İlk dörd yeri tutan komandalar 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.


"Sevilya”, "Espanyol” və "Xetafe” klubları isə UEFA Avropa Liqasında çıxış edəcəklər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti