Xəzər Xəbər

Joze Mourinyo: "PSJ-ni çalışdırmağım imkansızdır"

İdman | 11:30 • 16 May 2019
Joze Mourinyo: "PSJ-ni çalışdırmağım imkansızdır"

"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz qalan portuqaliyalı baş məşqçi Joze Mourinyo açıqlama verib.

"L'Equipe" nəşri xəbər verir ki, 56 yaşlı mütəxəssis adının Fransanın PSJ klubu ilə hallanmasına münasibət bildirib: "Mənim PSJ-ni çalışdırmağım imkansızdır, çünkibaş məşqçisi ola komandada işləyə bilmərsiniz. PSJ önəmli ulduzları olan, ancaq Avropada titul qazanmamış klubdur. Bu, vacib amildir. Baş məşqçilər üçün də eyni haldır. Yüksək bacarığa malik ola bilərsiniz, ancaq Avropada kubok əldə etməmisinizsə, deməli, önəmli əskikliyininz var".

PSJ cari mövsüm Fransa çempionu olub. Paris təmsilçisi Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə məğlub olaraq, mübarizəni dayandırıb.


Xəbər lenti