Xəzər Xəbər

Çempionlar Liqasının ilk FİNALÇISI müəyyənləşir: bu futbolçular meydana çıxmayacaq

İdman | 14:52 • 7 May 2019
Çempionlar Liqasının ilk FİNALÇISI müəyyənləşir:

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

XəzərXəbər xəbər verir ki, yarımfinalın cavab matçında "Liverpul” "Barselona”nı qonaq edəcək.

Bakı vaxtilə saat 23:00-da başlanacaq görüş ölkəmizdə "CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Ev sahibləri meydana ciddi itkilərlə çıxacaq. Belə ki, Məhəmməd Salah və Nabi Keyta zədə səbəbindən kritik matçda komandasına kömək edə bilməyəcək. "Barselona"da isə Usman Dembele matça çıxmayacaq. O, "Selta” ilə liqa qarşılaşmasında zədələnib.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında sabah "Ayaks” "Tottenhem”i qəbul edəcək.

Çempionlar Liqası

Yarımfinal

Cavab oyunu

23:00. Liverpul (İngiltərə) - Barselona (İspaniya)

Baş hakim: Cünyet Çakır (Türkiyə)

Liverpul "Enfild"

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti