Xəzər Xəbər

Ole-Qunnar Sulşer Messi amilini qabartdı

İdman | 15:55 • 17 Aprel 2019
Ole-Qunnar Sulşer Messi amilini qabartdı

"Qələbəyə ehtiyacınız varsa, buna uyğun oynamalısınız. İlk 15 dəqiqədə ciddi problem yaşamadıq, qol imkanları yaratdıq. Amma Messinin zərbəsi qarşısıalınmaz oldu”.

Bunu Çempionlar Liqasının 1/4 finalının cavab matçında "Barselona”ya 0:3 hesabıyla yenilərək mübarizəni dayandıran "Mançester Yunayted”in çalışdırıcısı Ole-Qunnar Sulşer deyib.

İngiltərədəki görüşdə də uduzduqları (0:1) rəqiblə həlledici qarşılaşmanı dəyərləndirən norveçli çalışdırıcı əlavə edib: "Messi ən yüksək səviyyəli futbolçudu, matçın taleyini təkbaşına həll edə bilir. Messi və Ronaldo 10 ildi özlərini ən yaxşı tərəfdən göstərirlər. Leo bu gün də səviyyəsini ortaya qoydu. "Barselona" səviyyəsinə çatmaq üçün çox çalışmaq lazımdı. "Mançester Yunayted" ənənələrini qaytarmaq istəyiriksə, "Barselona" kimi rəqiblərə meydan oxumalıyıq".

Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti