Xəzər Xəbər

UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər

İdman | 15:12 • 10 Yanvar 2019
UEFA maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) yaxın vaxtlarda maliyyə feyr-pleyi qaydalarını sərtləşdirə bilər.


AZƏRTAC "Bild” portalına istinadla xəbər verir ki, hazırda UEFA Avropa klublarının maksimum 3 il müddətində futbolçu transferi üçün lazım olan məbləği ödəməsi qaydalarını hazırlamaq istəyir.


Xatırladaq ki, fransız "PSJ” klubu 2017-ci ildə braziliyalı hücumçu Neymarın transferi üçün İspaniyanın "Barselona” klubuna ödəyəcəyi 222 milyon avronu maliyyə sənədlərində beş hissəyə bölüb. Beləliklə, UEFA hər il Kataloniya klubunun hesabına 44,4 milyon avro köçürülməsini hesaba alır.


Yeni qaydalara görə, gələcəkdə klublar transfer üzrə ödənişləri ən çox 3 ilə bölə biləcəklər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti