Xəzər Xəbər

“Qarabağ” klubu Antalyada Rumıniya, Özbəkistan, Polşa, Çexiya və Ukrayna komandaları ilə qarşılaşacaq

İdman | 15:58 • 5 Yanvar 2019
“Qarabağ” klubu Antalyada Rumıniya, Özbəkistan, Polşa, Çexiya və Ukrayna komandaları ilə qarşılaşacaq

Ağdamın "Qarabağ” futbol klubu yanvarın 6-da Antalyaya yollanaraq təlim-məşq toplanışına start verəcək.


Xezerxeber.az xəbər verir ki, təlim-məşq toplanışı 21 gün davam edəcək və komandamız bu müddətdə 5 yoxlama oyunu keçirəcək.


Ağdam təmsilçisi yanvarın 12-də Rumıniyanın "Botoşani”, dörd gün sonra Özbəkistanın "Paxtakor”, yanvarın 19-da Çexiyanın "Bohemians”, ayın 23-də Polşanın "Piast” və yanvarın 26-da isə Ukraynanın "Şaxtyor” (Donetsk) klubları qarşılaşacaq.


Yanvarın 27-də Bakıya dönəcək "Qarabağ” fevralın 3-də "Neftçi”yə qarşı oyunun hazırlığını davam etdirəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar