Xəzər Xəbər

Oyunlar hakim döyüldüyü üçün təxirə salındı

İdman | 15:25 • 21 Dekabr 2018
Oyunlar hakim döyüldüyü üçün təxirə salındı

Futbol üzrə Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.


"Qafqazinfo" Yunanıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb ölkənin FIFA referisi Thanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsidir. Bildirilib ki, çempionat oyunları qış fasiləsindən sonra keçiriləcək.


Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməməyi qərarı alıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti