Xəzər Xəbər

Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinin cütlükləri müəyyənləşəcək

İdman | 13:45 • 17 Dekabr 2018
Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinin cütlükləri müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Mərasim İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunacaq.

Tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük müəyyən olunacaq. Qrup liderləri birinci, qrup ikinciləri isə digər səbətdə yer alacaq. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti