Xəzər Xəbər

Qurbanovun “Arsenal”la oyunöncəsi şərhi

İdman | 10:04 • 13 Dekabr 2018
Qurbanovun “Arsenal”la oyunöncəsi şərhi
"Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz İngiltərənin köklü klublarından "Arsenal"dır və gücü hamıya bəllidir"


XəzərXəbər xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə İngiltərənin "Arsenal" klubu ilə oyunöncəsi mətbuat konfransında deyib.

"Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir. Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək" - Q.Qurbanov deyib.

Qeyd edək ki, bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Təmsilçimiz "Qarabağ” London "Arsenal”ının qonağı olacaq. "Emireyts” stadionunda keçiriləcək matç saat 00:00-da başlayacaq. Oyunun baş hakimi danimarkalı Yens Qrabskidir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar