Xəzər Xəbər

"Tottenhem" "Barselona"nın futbolçusunu alır - 50 milyon avro

İdman | 17:42 • 20 Oktyabr 2018
"Tottenhem" "Barselona"nın futbolçusunu alır - 50 milyon avro

Bu yay qalmaqallı şəkildə "Bordo"dan "Barselona"ya transfer olunan Malkom İspaniyada özünü göstərə bilmədi. Baş məşqçi Ernesto Valverde onu mövsümün əvvəlidən cəmi 2 La Liqa oyununda 25 dəqiqə oynamaq şansı verib.


Bu futbolçunun transferi üçün 41 milyon avro xərcləyən "Barselona" rəhbərliyi həmin pulu geri qaytarmaq niyyətindədi. Sport.es-in xəbərinə görə, artıq Malkoma müştəri də tapılıb. Belə ki, "Tottenhem" 21 yaşlı braziliyalı forvard üçün 50 milyon avro təklif edir.


Qeyd edək ki, "Bordo" əvvəlcə Malkomun transferində "Roma" ilə razılaşsa da, sonradan onu daha çox pul verən "Barselona"ya satmışdı.


Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti