Xəzər Xəbər

Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb

İdman | 14:22 • 10 Oktyabr 2018
Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb

Beynəlxalq dərəcəli həndbol hakimimiz İsgəndər Əsgərov yeni təyinat alıb.


AZƏRTAC Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli referi kişi həndbolçuların "Challenge Cup” turnirinin ikinci mərhələsindən mübarizəyə qoşulacaq Litvanın "VHC Sviesa Vilnius” və "Granitas Karys” komandalarının görüşlərində EHF nümayəndəsi kimi fəaliyyət göstərəcək.


İlk oyun oktyabrın 13-də Kaunas şəhərinin "Kaunas Sport Hall" arenasında, cavab görüşü isə oktyabrın 14-də Litvanın paytaxtı Vilnüsün "LUES Sport Hall” kompleksində keçiriləcək.


Qarşılaşmaları serbiyalı Marko Sekuliç və Vladimir Yovandiç idarə edəcəklər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti