Xəzər Xəbər

"UFC"nin prezidenti: Nurməhəmmədov UFC çempionu titulundan məhrum edilə bilər

İdman | 14:41 • 7 Oktyabr 2018
"UFC"nin prezidenti: Nurməhəmmədov UFC çempionu titulundan məhrum edilə bilər

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra baş verən insidentə görə "UFC"-nin yüngül çəki dərəcəsində çempionu titulundan məhrum edilə bilər.


Bu barədə jurnalistlərə "UFC"nin prezidenti Deyna Uayt bildirib.


D.Uayt deyib: "Həbib cərimələnə və ya diskvalifikasiya edilə bilər. Əgər o uzun müddətlik diskvalifikasiya edilərsə, əlbəttə ki, biz onu tituldan məhrum edəcəyik. Əlbəttə, sanksiyalar olacaq. Ayaqları ilə kütləyə tullanan oğlan daha burada döyüşməyəcək".


"UFC"nin prezidenti əlavə edib ki, rusiyalı döyüşçü keçirdiyi döyüşə görə 2 milyon dollar məbləğində qonorarı araşdırmanın sonuna qədər almayacaq: "Ona döyüşün ödənişli izlənilməsindən əldə olunan gəlirlərdən də faiz verməyə bilərlər. Əgər atletik komissiya ona yüngül cəza verərsə, mən buna çox şübhə edirəm, onda biz bu məsələyə qayıdacağıq".


Onun sözlərinə görə, o kəməri H.Nurməhəmmədova tamaşaçılar arasında yeni toqquşmaların baş verməsindən qorxduğu üçün oktaqonda verməyib: "Həbib mənə dedi ki: "Məni həbs edin, amma kəməri verin". Mən bütün bunlara görə bu çox məyusam -biz belə etmirik".


Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.


Döyüş bitdikdən sonra zalda kütləvi dava baş verib. H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.


İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. İnsident zamanı H. Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən saxlanılıb. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib. (Trend)

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar