Xəzər Xəbər

“Qarabağ” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb

İdman | 19:55 • 4 Oktyabr 2018
“Qarabağ” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 4-də saat 20:55-də başlayacaq "Qarabağ” – "Arsenal” görüşü üçün komandaların start heyətləri açıqlanıb.


Xezerxeber.az xəbər verir ki, "Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev (k), İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Ansi Aqolli və Miçel yer alıblar.


"Arsenal” klubunun ilk onbirliyində isə meydana Bernd Leno, Sokratis Papastathopoulos, Rob Holdinq, Naço Monreal (k), Stefan Lixtştayner, Aleks İvobi, Dani Uelbek, Məhəmməd Elneni, Emil Smit Rove, Matteo Qenduzi və Sead Kolaşınaç çıxacaqlar.


Baki Olimpiya stadionunda keçiriləcək qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.


E qrupunun digər oyunu Ukraynada oynanılacaq. "Vorskla” klubu Portuqaliyanın "Sportinq” komandasını qəbul edəcək.


Xatırladaq ki, qrup mərhələsinin birinci turunda "Arsenal” klubu "Vorskla”nı (4:2), "Sportinq” isə "Qarabağ” komandasını (2:0) məğlubiyyətə uğratmışdı.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti