Xəzər Xəbər

"Napoli"nin futbolçusuna silahlı hücum: canını 20 min avroluq saatla qurtardı

İdman | 15:38 • 4 Oktyabr 2018
"Napoli"nin futbolçusuna silahlı hücum:

"Napoli"nin hücumçusu Arkadiuş Milik Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Liverpul"a qalib gəldikləri oyundansonra silahlı soyğunun qurbanı olub.

XəzərXəbər "II Mattino"ya istinadən xəbər verir ki, Milik klubun bazasından evə doğru 02:00-da yola düşüb. Onun yolunu motosiklet sürən iki şəxs kəsib. Üzlərini bağlayan həmin şəxslər Miliki maşınından düşürüblər və silahı ona doğru tutaraq, hədə-qorxu gəliblər. Qorxulu anlar yaşayan polşalı hücumçu qolundakı 20 min avroluq "Rolex Daytona" saatını yolkəsənlərə verib. Saatı almağa razılaşan quldurlar turist bölgə olan Likola istiqamətinə doğru gediblər.

Neapol polisi sözügedən şəxsləri axtarmaq üçün araşdırmalara başlayıb.

Image result for rolex daytona

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti