Xəzər Xəbər

"Real Madrid" dördüncü qələbəsini qazanıb

İdman | 09:45 • 23 Sentyabr 2018
"Real Madrid" dördüncü qələbəsini qazanıb

Sentyabrın 22-də İspaniya La Liqasında beşinci turun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Real Madrid" klubu doğma meydanda Kataloniya təmsilçisi "Espanyol" komandasını qəbul edib. "Santyaqo Bernabeo" stadionunda keçirilən görüş "kral" klubunun minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyundakı yeganə qolu 41-ci dəqiqədə Marko Asensio vurub.


Madrid şəhərinin digər təmsilçisi "Atletiko" səfərdə "Getafe" klubunu 2:0 hesabı ilə məğlub edib. Topu meydan sahiblərinin qapısındanTomas Lemar və David Soria keçiriblər.


Turun digər oyunları belə nəticələnib:


"Hueska" - "Real Sosyedad" - 0:1


"Rayo Vallekano" - "Deportivo Alaves" - 5:1


"Selta Vigo" - "Real Valladolid" - 3:3


"Eibar" - "Leganes" - 1:0.


Hazırda İspaniya çempionatının turnir cədvəlinə beş oyundan 13 xal toplayan "Real Madrid" klubu başçılıq edir. Əzəli rəqibindən bir oyun az keçirən "Barselona” 12 xalla ikinci yerdədir. Kataloniya klubu bu gün doğma meydanda "Girona” ilə qarşılaşacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti