Xəzər Xəbər

Mourinyu həbsxanaya düşməyə razılaşdı

İdman | 17:23 • 4 Sentyabr 2018
Mourinyu həbsxanaya düşməyə razılaşdı

İngiltərənin "Mançester Yunayted” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyu İspaniyanın vergi orqanları ilə danışıb və ödənilməmiş vergi səbəbindən həbsxana həyatı yaşamağa razılıq verib.

Bununla bağlı "El Mundo” nəşri məlumat yayıb.

Mourinyu Madrid "Real”ında işlədiyi müddətdə gəlirlərinin bir hissəsini ispan hökumətindən gizlədib. Məlumatlara görə, 2011-ci ildə portuqaliyalı 1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergidən yayınıb.

Mütəxəssis vergidən yayındığını etiraf edib.

Joze Mourinyu 2010-2013-cü illərdə "Real”ın baş məşqçisi olub. O, Madrid klubu ilə birlikdə İspaniya çempionatının qızıl medalını, Millətlər Kubokunu və İspaniya Super Kubokunu qazanıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti