Xəzər Xəbər

“Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək

İdman | 10:37 • 18 İyul 2018
“Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan "Qarabağ” bu gün cavab oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Azərbaycan çempionu Sloveniyanın "Olimpiya” komandasını qəbul edəcək.


Xezerxeber.az xəbər verir ki, saat 21:00-da başlayacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.


Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jareci (Albaniya) olacaq.


Komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.


"Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu "Kukesi” ilə qarşılaşacaq. "Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın "Valetta” komandasından üstün olub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti