Xəzər Xəbər

Misir bu səbəbdən Dünya Çempionatında qalib gələ bilmir Prezident açıqladı

İdman | 15:44 • 29 İyun 2018
Misir bu səbəbdən Dünya Çempionatında qalib gələ bilmir

Dünya Çempionatında bir maçtda belə qalib gələ bilməyən Misir millisinin performansının aşağı olmasının səbəbi açıqlanıb.

Misir Futbol Federasiyasının prezidenti Xani Əbu Rida futbolçuların Dünya Çempionatından öncə oruc tutduqlarına görə yaxşı oynaya bilmədiklərini deyib.

Federasiya rəhbəri bildirib ki, çempionatdan öncə futbolçularla bu barədə danışıb: "Amma oruc tutmamaq təklifini rədd etdilər. Ramazan ayı Uruqvayla matçdan bir gün öncə bitdi. Ona görə də futbolçular gücsüz oldular. Sizi əmin edirəm ki, bir çox ərəb ölkəsi futbolçularını oruc tutmaqdan vaz keçirib”.

Misir hələ ki, bu turnirdə qalibiyyət əldə etməyib. Komanda bundan sonra gələn il Afrika Milli Kubokuna qatılmaq üçün hazırlaşacaq.

Misir 7 dəfə Afrika çempionu olmağı bacarıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti