Xəzər Xəbər

Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışlarında 8 medal qazanıblar - FOTO

İdman | 11:33 • 28 May 2018
Yeniyetmə cüdoçularımız Avropa kuboku yarışlarında 8 medal qazanıblar -

Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçirilib.


Beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.


Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medalla kifayətlənib. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qazanıblar.


Beləliklə, Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.


Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti