Xəzər Xəbər

Burak Yılmaz prezidentə görə klubunu dəyişir

İdman | 13:33 • 30 Aprel 2018
Burak Yılmaz prezidentə görə klubunu dəyişir

Türkiyənin "Trabzonspor” klubunda prezident dəyişikliyi futbolçularda tərəddüd doğurub.

Bir neçə futbolçu komandasını dəyişməyi planlaşdırır.

Siyahıya isə hələ mövsümün ortasında komandasını dəyişmək istədiyini deyən Burak Yılmaz başçılıq edir. 32 yaşlı təcrübəli futbolçunun adı "Beşiktaş”la birgə çəkilirdi. Klubun prezidenti dəyişdikdən sonra bu iddia daha da güclənib. Mövsümün sonunda tərəflər arasında 90% müqavilə imzalanacağı bildirilir. Hazırda "Beşiktaş”a kapitanlıq edən Şenol Güneşin də hələ "Trabzonspor”da baş məşqçi ikən Burak Yılmazı çox bəyəndiyi bildirilirdi.

Xəbəri eşidən "trabzonlular” klubun ictimaiyyətlə əlaqələr bölməsinə hücum çəkib, Burakın komandada qalması üçün əllərindən gələni etməyi tələb ediblər. "Trabzonspor"lular Burak Yılmazı özlərinin Ronaldosu adlandırırlar. Məlumat üçün qeyd edək ki, Ronaldo bu mövsüm La Liqada 24, Burak Yılmaz isə Super Liqada 23 qol vurub./publika.az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti