Xəzər Xəbər

Bakıda Formula 2 üzrə birinci yarışın qalibləri mükafatlandırılıb

İdman | 14:54 • 28 Aprel 2018
Bakıda Formula 2 üzrə birinci yarışın qalibləri mükafatlandırılıb

Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qaliblərinin mükafatlandırma mərasimi olub.


Xezerxeber.az xəbər verir ki, yarışda "Dams” komandasının pilotu Aleksander Albon birinci, "ART Grand Prix”in sürücüsü Cek Aitken ikinci, "Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar.


Mükafatları qaliblərə Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim ediblər.


Qeyd edək ki, aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti