Xəzər Xəbər

“Qalatasaray” yenidən liderliyə yüksəlib

İdman | 09:35 • 22 Aprel 2018
“Qalatasaray” yenidən liderliyə yüksəlib

Aprelin 21-də futbol üzrə Türkiyə Superliqasının XXX turunun növbəti görüşündə çempionluğa əsas namizədlərdən biri olan "Qalatasaray" klubu səfərdə "Alanyaspor”la qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma turnir cədvəlinin ikinci sırasında yer alan İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı matçın 4-cü dəqiqəsində qalatasaraylıların hücumçusu Bafetimbi Qomisin vurduğu qolla qonaq komanda açıb – 1:0. Bu, cari çempionatın bombardirinin Superliqadakı 27-ci qolu olub. On altıncı dəqiqədə hesab arasındakı fərq artıb. "Alanyaspor” futbolçusu Qiorgos Tzavellas topu öz qapısına vurub - 2:0. Görüşün 22-ci dəqiqəsində ev sahibi komanda hesab arasındakı fərqi azaldıb. "Cim-bom”un qapısından topu Junior Fernandes keçirib. "Alanyaspor” 60-cı dəqiqədə Emre Akbabanın penalti zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib. Nəhayət, 82-ci dəqiqədə Sinan Gümüş "Qalatasaray" qələbə qazandıran qola imza atıb.


Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran "Qalatasaray" çempionatda "Başakşehir"i qabaqlayaraq turnir cədvəlində yenidən liderliyə yüksəlib. "Başakşehir" 62 xalla ikinci, "Beşiktaş" 59 xalla üçüncü yeri tutur. "Fənərbağça" 57 xalla dördüncü, "Trabzonspor" 46 xalla beşinci pillədədir.


Aprelin 22-də "Akhisar” – "Göztəpə”, "Konyaspor” – "Kasımpaşa” və "Beşiktaş” – "Yeni Malatyaspor” matçları oynanılacaq. Tura aprelin 23-də keçiriləcək "Fənərbağça” – "Antalyaspor” oyunu ilə yekun vurulacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti