Xəzər Xəbər

Qaret Beyl ölkəsinin futbol tarixində yeni rekorda sahib olub

İdman | 12:36 • 23 Mart 2018
Qaret Beyl ölkəsinin futbol tarixində yeni rekorda sahib olub

Futbol üzrə Uels millisinin hücumçusu Qaret Beyl komandasının yoldaşlıq görüşündə Çin yığmasını 6:0 hesabı ilə məğlubiyyətə uğratdığı oyunda "het-trik” edərək ölkəsinin futbol tarixində yeni rekord müəyyənləşdirib.


Xezerxeber.az məlumat verir ki, hücumçu matçın 2-ci, 21-ci və 62-ci dəqiqələrində fərqlənərək milli komandanın heyətində vurduğu qolların sayını 29-a çatdırıb. O, bununla da əvvəlki rekordun sahibi Yan Raşın göstəricisini geridə qoyub. Qaret Beyl Uels millisinin heyətində 69 oyunda meydana çıxıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar