Xəzər Xəbər

Millimiz “9”a çatdı

İdman | 13:42 • 23 Mart 2018
Millimiz “9”a çatdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin seçmə mərhələlərdəki qələbəsiz oyunlar seriyası 9-a çatıb. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsinin Kosovo ilə səfər görüşündə 0:2 hesabı ilə uduzan yığmamızın uğursuzluq zolağı ötən tsikldən başlayıb.

2015-ci il noyabrın 17-də Rusiya ilə ev oyununda 3:0 hesablı qələbə qazanan yığmamız artıq 856 gündü 3 xal sevinci yaşamır. AVRO-2017-nin son üç görüşündə Rusiya (2:2), Farer adaları (1:1) və Finlandiya (0:0) heç-heçələrini sıralayan yığmamız yeni tsikldə daha acınacaqlı nəticələrə imza atıb.

AVRO-2019-un 6-cı oyununda 5-ci məğlubiyyətini alan komandamız yalnız Kosovoyla Bakıdakı görüşdə xal görüb – 0:0. İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə uduzan futbolçularımız iki dəfə Almaniya önündə aciz qalıb – 1:6, 0:7.

Bir sözlə, 9 oyunluq qələbə həsrəti 4 heç-heçə və 5 məğlubiyyətdən ibarətdi. Bu müddətdə 6 top vuran komandamız 4 dəfə çox – 24-nü buraxıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti