Xəzər Xəbər

"Real" Beyli satıb, onu alır

İdman | 17:02 • 14 Mart 2018
"Real" Beyli satıb, onu alır

"Real" Qaret Beyli satacaq. Bu barədə İspaniya mediası məlumat yayıb.


Həmkarlarımızın əldə etdiyi məlumata görə, "Real" Beyldən Məhəmməd Salahın transferində istifadə etmək istəyir. Belə ki, Madrid klubu uelsli futbolçunu sataraq "Liverpul"un Məhəmməd Salahı almaq niyyətindədi.


Qeyd edək ki, Salah ötən yay "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. 25 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 40 rəsmi oyunda 32 qol vurub və 11 məhsuldar ötürmə edib.


"Real"ın 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya aldığı Beyl isə cari mövsümdə 28 rəsmi matçda forma geyinib, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.


Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar