Xəzər Xəbər

"Qalatasaray" yeni transferinin dəyərini açıqladı

İdman | 16:40 • 1 Fevral 2018
"Qalatasaray" yeni transferinin dəyərini açıqladı

"Qalatasaray" İtaliyanın "İnter" klubundan Yuto Naqatomonu heyətinə qatıb. İstanbul klubu transferin son günündə yapon futbolçunu icarəyə götürüb.


"Qalatasaray" Naqatomoya görə "İnter"ə 700 min avro icarə haqqı ödəyəcək. Komanda mövsümü çempion kimi başa vursa, İtaliya klubu 200 min avro əldə edəcək. "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə haqqı qazandığı halda isə "İnter"ə 100 min avro ödəniləcək.


Naqatomo mövsümün sonuna qədər 850 min avro maaş alacaq. Komanda çempion olacağı halda isə ona 150 min avro mükafat veriləcək.


Qeyd edək ki, İtaliyanın "Cesena" klubu Naqatomonu 2010-cu ildə Yaponiyanın "Tokiyo" klubundan icarəyə götürüb, 1 il sonra transfer hüqununu 1.6 milyon avroya alıb. 2011-ci ildə "İnter" onu 4.5 milyon avroya transfer edib. Naqatomo cari mövsümdə 13 rəsmi oyunda meydana çıxıb. 2008-ci ildən Yaponiya millisinə çağırılan müdafiəçi 91 oyunda 3 qol vurub./fanat.az


Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti