Xəzər Xəbər

"Qarabağ"a qol vuran futbolçuya super təklif 170 milyon avro

İdman | 15:28 • 28 Yanvar 2018
"Qarabağ"a qol vuran futbolçuya super təklif

İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşamağa yaxın olan "Mançester Siti" yay transfer dövrünün hazırlıqlarına indidən başlayıb.


Pep Qvardiolanın başçılıq etdiyi komandanın transfer siyahısına Eden Hazard başçılıq edir. "Çelsi" ilə müqaviləsisi 2020-ci ildə başa çatacaq belçikalı ulduz üçün "şəhərlilər" təklif göndərməyə hazırlaşır.


"Daily Mirror"un məlumatına görə, "Mançester Siti" "Çelsi"yə 170 milyon avro təklif etməyə hazırlaşır.


Qeyd edək ki, "Çelsi"nin 2012-ci ildə "Lill"dən 35 milyon avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 75 milyon avro qiyiət qoyub. Hazard cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı iki oyun keçirib. Londonda baş tutan ilk matçın (6:0) 58-ci dəqiqəsində meydana çıxan futbolçu Bakıdakı görüşdə (4:0) 65 dəqiqə oynayıb və 21-ci dəqiqədə penaltidən hesabı açıb, 36-cı dəqiqədə isə Villiana ikinci qolun ötürməsini verib. Cari mövsümdə 32 rəsmi oyuna çıxan brlçikalı ulduz 12 qol vurub 8 məhsuldar ötürmə edib.


Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti